Qalata qülləsi ziyarətçilər üçün 1 ay bağlı olacaq

10:48 22.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbuldakı Qalata qülləsi (Galata Tower) sabahdan etibarən 1 ay müddətinə ziyarətçilərə bağlı olacaq.

Hafta.az-ın yazdığına görə, Qalata qülləsi zəlzələyə davamlılığın gücləndirilməsi və çöl təmir işləri ilə əlaqədar bağlanılacaq və bu haqda Mədəni İrs və Muzeylər Baş Müdirliyinin sosial media hesabında məlumat yerləşdirilib.

Açıqlamada Qalata qülləsinin 8-ci mərtəbəsinin dam örtüyünün təmiri işləri ilə əlaqədar ötən ilin noyabr ayından ziyarətçilərin üzünə bağlandığı xatırladılıb və bildirilib: “Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb və finil yerləşdirilib. 20 fevral 2024-cü il tarixində orijinal yerində - Georadar tədqiqatları binanın gövdə divarında və döşəməsində aparılıb. Binanın eksteryeri də müəyyən edilmiş detallara uyğun təmir olunacaq.

Bərpa işləri zamanı Qalata qülləsinin əsas divarlarındakı 400-ə yaxın köçəri quş yuvası zədələnməyəcək, bütün işlər quş yuvaları və köçəriləin miqrasiya mövsümü nəzərə alınmaqla həyata keçiriləcək.

Oxunma sayı 362