Qarabağda 10-a yaxın məscid tikilir

13:02 28.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir.

 

Hafta.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

 

Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıb:

“Azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir. Hətta kilsələrin də tikintisi həyata keçirilir”.