Qazax Dövlət Dram Teatrın böyük uğurları - FOTO

12:40 28.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın bölgə teatrları içərisində Qazax Dövlət Dram Teatrının öz yeri və öz dəsti-xətti var. Teatr Azərbaycanın Qazax və Gəncəbasar bölgəsində olan rayonlarda və bütövlükdə  məmləkətimizin bütün bölgələrində özlərinin maraqlı tamaşaları ilə həmişə tamaşaçıların sevimlisi olublar. Bu da məhz teatrın peşəkar rejissorlarının aktyorlarının və  aktrisalarının  sayəsində olur.

25 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və AzərbaycanTeatr Xadimləri İttifaqının “QONAQ TEATR” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi və Ulu Öndərin 100 illik yubileyi  münasibəti ilə  yazıçı, dramaturq, rejissor,  Əməkdar incəsənət xadimi  Ağalar İdrisoğlunun  müəllifi olduğu  “İnan mənə” tamaşasını  Bakı tamaşaçılarına təqdim etdilər.

Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşadan öncə İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti,  “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamladı. O, İttifaqın  “QONAQ TEATR”  layihəsi haqqında danışdı, layihənin əhəmiyyətini qeyd etdi və səhnəni Qazax  Dövlət Dram  Teatrının aktyorlarının ixtiyarına verdi.

İstedadlı aktyorlar - Yusif Qoca (Elçin),  Zəmanə Dərviş (Aysel), Minayə İbrahimova (Yasəmən), Elşad Əliyev (Vüqar),  Aydın Orucov (Professor Əmirov), Əhməd Musayev (Emin), kütləvi səhnələrdə - Məmməd Hacıəliyevin, Xəqan Qurbanovun, Nizami Aşbazovun, Turac Məmmədovanın  iştirakı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda, yüksək peşəkarlıqla yazılmış,  Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu “İnan mənə”  tamaşası göstərildi.

Ulu öndər, əbədiyaşar prezidentimiz  Hüydər Əliyevin 100 illiyinə həsr olunan bu maraqlı, peşəkar səviyyəli tamaşa,  teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən yüksək  alqışlarla qarşılandı.

Sonda Qazax Dövlət Dram Teatrı  Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 85 illiyi münasiəbəti ilə, Xəzər Gəncəli  “İnan mənə”  tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru  Aydın Orucov 60 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə təltif olundular.

Fəxri Fərmanları minnətdarlıqla qəbul edən Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist  Musa Eyyubov, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Əməkdar artist  Xəzər Gəncəli və aktyor Aydın Orucov onlara  göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürlərini  bildirdlər.

Bəli. Teatr hər bir millətin parlaq  güzgüsüdür. Biz də bir millət olaraq bu parlaq güzgünün  daha yaxşı olmasına və teatrlarımızın  öz tamaşalarını dünya səhnələrində uğurla göstərməsinə var qüvvəmizlə çalışmalıyıq. Axı millətləri dünyada ilk öncə özlərinin  ədəbiyyatına, mədəniyyətinə və idmanına görə daha yaxşı tanıyırlar. Biz də bu sahələrin  yüksək inkişaf etməsinə  bir millət kimi çox çalışmalıyıq ki, dünyada öz imzamızı lazım olan səviyyədə təsdiqləyək. Dünyanın ən aparıcı ölklərindən biri olaq.

Aida QAFAROVA,
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi

Oxunma sayı 311