Qazax istiqa­mətin­də sərhəd döyüş məntə­qələri və yaşayış evləri atəşə tutuldu

10:41 18.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən hafta.az-a verilən məlumata görə, 2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.