Qazaxıstanda ictimai yerlərdə söyüş söyməyə görə verilən cəzalar sərtləşdirilir

12:55 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ictimai yerlərdə söyüş söyməyə görə verilən cəzalar sərtləşdirilir.

Hafta.az-ın yazdığına görə, dünəndən ölkədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib, söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılıb. Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir və təzyiqlərə yol verən, ictimai binalara və yaşayış yerlərinə, habelə ictimai nəqliyyat vasitələrinə və ictimai əmlaka zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, insanların ictimai asayişini və əmin-amanlığını pozan şəxslər ciddi şəkildə cəzalandırılacaqlar.

Günahı sübuta yetirilənlərə 69 min təngə (təxminən 300 manat) və ya 15 günə qədər həbs cəzası veriləcək. Cinayətin təkrarlanması halında həbs cəzası 30 günə qədər artırılacaq.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 3-də “İnzibati xətalar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.