Qazaxıstanda tarixi kəşf: 3400 illik piramida

11:27 02.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Qaraqanda vilayətinin Şet rayonunda Taldı çayının sol sahilinə baxan hakim təpədə yerləşən və Karaqanda Universitetinin Sarı Arka Arxeologiya Komitəsi tərəfindən aşkar edilən Karajartaş məqbərəsindəki işlər ümumilikdə 4 qazıntı mövsümü çəkib.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan Milli Muzeyindən Dr. Aybar Kassenali, tapıntılar üzərində aparılan karbon 14 analizlərinin nəticələrinə görə, piramida quruluşunun miladdan əvvəl 14-12-ci əsrlərə aid edildiyini açıqlanıb.

Dəfn kamerasının yuxarı hissəsində hökmdarın şəxsi əşyalarının qaldığı xüsusi taxça sahəsində tuncdan hazırlanmış xalqalı ox ucu, qızıl üzük və arxaik dövrə aid yazı üslubunu xatırladan əsrarəngiz saxsı məmulatı aşkar edilib.

Çöl tayfalarının ənənəvi dəfn mərasimlərində istifadə edilən ritual məqsədlər üçün heyvan sümüklərinə də dəfn kamerasının müxtəlif yerlərində və piramidanın fərqli pilləli hissələrində rast gəlinib.