Qəbələdə evdə partlayış olub

15:02 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələdə qaz sızmasından yaşayış evində partlayış baş verib.

Hadisə səhər saatlarında olub.

Nəticədə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus yaşayış evinin 130 kvadratmetr hissəsi dağılıb.

Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır. APA

Oxunma sayı 90