Qəzza müharibəsi Misir turizminə mənfi təsir edir

11:00 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Qəzzaya davam edən hücumu Misir də daxil olmaqla, qonşu ölkələrdə yavaş-yavaş təsirini göstərməyə başlayıb. Xüsusilə də qarşıdurmaların Milad günlərində otellərin doluluq nisbətlərinə mənfi təsir edəcəyi bildirilir.

Hafta.az-ın yazdığına görə, Standard & Poor's tərəfindən hazırlanan son hesabatda, "Qəzzada müharibə davam edərsə və ya genişlənərsə, Misir, Livan və İordaniya turizm gəlirlərinin 10-70 faizini itirə bilər" bildirilib.

Misirin Turizm və Qədim Əsərlər Nazirinin müavini Qade Şibli, Qəzzadakı müharibənin Misir turizminə təsir etdiyini bildirsə də, bunun çox da böyük olmadığını, bölgəyə və turizm bazarının xarakterinə görə dəyişdiyini deyib. Şibli, "Taba (Cənubi Sinay) kimi bəzi bölgələrin böyük dərəcədə təsirləndiyini və rezervasiya ləğvi yaşandığını, lakin Luksor və Hurghada kimi şəhərlərin eyni dərəcədə təsirlənmədiyini" ifadə edib.

Səyahət mütəxəssisi Muhammed Kerem, Şarm əl-Şeyx kimi şəhərlərin müharibədən təsirləndiyini, lakin Misirin cənubundakı Luksor və Asvan kimi şəhərlərdə qış turizm mövsümünə böyük təsir göstərmədiyini ifadə edərək, “Çünki bu şəhərlər münaqişənin mərkəzindən uzaqdır”.

Misirin Otel Müəssisələri Komitəsinin sədri Ala Akl ötən ay Qırmızı dəniz sahilindəki Taba və Nuveyba şəhərlərində turizm obyektlərinin təxminən 90 faizinin bağlandığını bildirib. Misirin ümumi turistik nöqtələrinə təsirlərinin müzakirə edilə bilməyəcəyini deyən Şibli, hər bölgənin digərindən fərqli turizm əhəmiyyətinə malik olduğunu vurğulayıb. Şibli ilə razılaşan Luksor Turizm Palatasının sədri Serut Acmi, müharibənin turizmə təsir etdiyini, lakin Luksorda təsirin böyük olmadığını bildirərək, "Fransa, İtaliya və ümumilikdə Avropadan bəzi rezervasiyalar kiçik miqdarda ləğv edildi. Amma ləğvlər arasında Luksor ziyarəti ilə yanaşı "Sina yarımadası və digər yerlərdə dini məkanları ziyarət edən turistlərin rezervasiyaları ləğvi var" deyib.

Standard & Poor's-un məlumatına görə, 2023-cü ilin ilk yarısında Misir 7 milyondan çox turisti qəbul edib və son illərin ən çox turist sayına çatıb.

Qahirə bu il 15 milyon turistə çatacağına ümid edirdi, lakin Qəzza müharibəsinin təsiri səbəbindən bu hədəfə çatmaq çətin görünür. Yenə də Misirin turizm və qədim əşyalar nazirinin müavini hesab edir ki, bu məqsədə nail olmaq imkanı var. Turizm Nazirliyinin rəsmiləri "indiyədək məhdud təsirin olduğunu" desələr də, Standard & Poor's tərəfindən dərc edilən hesabatda Misirdə turizm gəlirlərinin münaqişənin müddətindən asılı olaraq 10 faizlə 70 faiz arasında azalacağı proqnozlaşdırılır. Ancaq turizm eksperti Məhəmməd Kərəm bu proqnozlara şübhə ilə yanaşır və müharibənin turizm sektoruna təsir göstərməsi təbii olsa da, bu təsir böyük olmayacaq və Misirin bütün turizm bölgələrini əhatə etməyəcəyini deyir. Kərəm Milad mövsümü üçün Sinay şəhərlərində tur rezervasiyalarında azalma olacağını, lakin Misirin digər şəhərlərinə də eyni dərəcədə yayılmayacağını proqnozlaşdırır.

Misir Hökuməti İnformasiya Mərkəzinin verdiyi açıqlamaya görə, “2022-2023-cü maliyyə ilinin ilk doqquz ayında turizm gəlirlərində əvvəlki maliyyə ilində 8,2 milyard dollara nisbətdə 10,8 milyard dollaradək artım qeydə alınıb. Əhəmiyyətli turizm ölkəsi olan Misir, 2028-ci ilədək illik 30 milyard dollar turizm gəliri əldə etməyi və 2030-cu ilə qədər 30 milyon turisti qəbul etməyi hədəfləyir.

Oxunma sayı 168