Qız Qülləsi sabahdan etibarən 1 həftəlik bağlanacaq

11:00 23.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulun simvolik məkanlarından olan Qız Qülləsi sabahdan etibarən ziyarətçilərə bağlı olacaq.

Hafta.az-ın yazdığına görə, Qız Qülləsi təxminən 1 ilə yaxın ziyarətçilərin üzünə bağlı olub. Bu dövrdə həm kiçik adada, həm də onun üzərindəki Qız Qülləsində bərpa işləri aparılıb, abidə tam təmir olunub və möhkəmləndirilib. Bütün əməliyyatlar Qüllənin orijinal versiyasına uyğun olaraq həyata keçirilib.

Amma mart ayında yenidən ziyarətçilərin üzünə açılan Qız Qülləsi sabahdan etibarən yenidən bir müddət ziyarətçilərə bağlı olacaq.

Mədəni İrs və Muzeylər Baş İdarəsindən verilən açıqlamaya görə, tarixi abidə bir həftə müddətinə ziyarətçi qəbul etməyəcək. Bağlanmağa səbəb isə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən Qız Qülləsində aparılacaq nəzarət işləridir ki, buna görə abidəni ziyarət etmək istəyənlər aprelin 24-dən 30-dək gözləməli olacaqlar.