“Qladiator” 2000-ci ildə qeyri-adi uğur qazanaraq, “Ən Yaxşı Film” naminasiyası üzrə Oskar mükafatının sahibi olub və 51 illik rekordu qırıb.
Hafta.az-ın yazdığına görə, rejissoru Ridley Skott olan bu film kassada fırtınalar əsdirib və həm tənqidçilərin, həm də kinosevərlərin rəğbətini qazanıb.
503 milyon dollardan çox gəlir əldə edən “Qladiator” tarixi epik janra yeni nəfəs verən ani klassikaya çevrilib. Tənqidçilər filmi maraqlı hərəkət ardıcıllığı, orijinal set dizaynları, güclü performanslar və “Qladiator”un tarixi dəqiqliyi üçün yüksək qiymətləndiriblər.
Musiqisi cizgiləri ilə birlikdə məşhurlaşan “Qladiator” 73-cü Akademiya Mükafatlarının ən böyük favoriti olub.
Rassel Krounun baş rolda olduğu “Qladiator” ümumilikdə 12 nominasiya üzrə uğur qazandıqdan sonra mükafatları götürməyə hazır görünüb. Amma film bütün nominasiyalarda qalib olmyıb, Ridley Skottun tarixi dastanı ümumilikdə 5 Oskar qazanmağı bacarıb.
Oskarlara gəldikdə, “Ən Yaxşı Film” adətən “Ən Yaxşı Ssenari” və “Ən Yaxşı Rejissor” mükafatları ilə birlikdə verilib.
Hansı ki, "Qladiator" Ən Yaxşı Film mükafatını qazanmaqla, həm də arzulanan rekordu qırıb. Çünki yarım əsrdən artıq müddətdə ilk dəfə “Ən Yaxşı Film” nominasiyasını əldə edən film nə ən yaxşı rejissor, nə də ən yaxşı ssenari qazana bilməmişdi.
Bu arada, xatırladaq ki, ilk dəfə “Ən Yaxşı Film” mükafatını 1949-cu ildə "Kralın Bütün Adamları" alıb. Skott “Ən Yaxşı Rejissor” mükafatını “Traffic” filminə görə Stiven Soderberqə uduzub.
Ən yaxşı orijinal ssenari mükafatı başqa bir zamansız klassik, “Demək olar ki, məşhur” filminə görə Kemeron Krouya verilib.
Rejissor Ridli Skott “Qladiator 2” filminin davamında yenidən rejissor kürsüsündə oturur. Skottun 2024-cü ildə ekranlara çıxacaq davamı ilə Oskar lənətini qıra bilməyəcəyi həm tənqidçilər, həm də kinosevərlər arasında maraq doğurur.
Pol Meskal, Pedro Paskal, Denzel Vaşinqton və Cozef Quinn kimi adlar “Qladiator 2” filmində baş roldadır.