“Qladiator”un rejissorundan 23 il sonra təəccüblü açıqlama

10:17 17.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qladiator” filminin rejissoru Ridley Skott filmin nümayişindən 23 il sonra Xoakin Feniksin canlandırdığı cani Kommoda çox fərqli prizmadan yanaşdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 73-cü Akademiya Mükafatlarında Feniksə Ən Yaxşı Köməkçi Aktyor nominasiyası qazandıran "Qladiator" məşhur aktyorla Skott arasında ilk iş birliyi idi.

85 yaşlı rejissorun son tarixi dastanı “Napoleon”da da baş rolu məhz Feniks canlandırıb.

İkilinin ilk iş birliyində Feniks hakimiyyəti ələ keçirmək üçün atasını öldürən Roma İmperatoru Mark Avrelinin gücə ac olan oğlunu canlandırıb.

“Deadline”yə bu yaxınlarda verdiyi müsahibədə Skott mərhəmətsiz və sosiopatik despot kimi təsvir edilən personajı çox fərqli şəkildə qəbul etdiyini deyib. Usta rejissor bildirib ki, Rassel Krounun “Maximus” filmi kimi Kommodus da atası tərəfindən xəyanətə uğrayan və tərk edilmiş qurban olub. Skott, həmçinin, Feniksin xarakterinin əslində "ən rəğbətli personaj" olduğunu irəli sürüb və Kommodusun hərəkətlərinin atasının yanlış davranışının nəticəsi olduğunu bildirib.

“Mən Kommodusu “Qladiator”da ən simpatik personaj hesab etdim. O, pərəstiş etdiyi bir ata tərəfindən tamamilə laqeydliyin məhsulu idi. Nəhayət, atası dedi: “Səni daha da laqeyd edəcəyəm. Sən Romanın şahzadəsi olmayacaqsan”, - Skott bildirib.

Skott yaşlı atanın övladının qarşısında diz çökərək bağışlanmasını istəməsi səhnəsindən də danışıb: "Bu, ölümcül bir şeydir, çünki uşaq əvvəllər atasının belə bir hərəkət etdiyini görməyib. Ona görə də onu boğur".

İlk “Qladiator”un hadisələrindən onilliklər sonra baş verəcək davam filmində nə Rassel Krounun Maksimu, nə də Feniksin Kmmodusu görünməyəcək. Hekayədə əsas diqqət Kommodusun qardaşı oğlu Lusius haqqında olacaq. Hansı ki, o, artıq böyüyüb. Lusius obrazını Oskar mükafatına namizəd olan aktyor Pol Meskal canlandıracaq.

Oxunma sayı 250