Musiqi dünyasının məşhur qadın ifaçılarından biri, 7 "Qremmi" mükafatı laureatı, amerikalı pop, gospel, caz musiqiçisi və bəstəkarı Kristina Aqilera Türkiyədə ilk konsertini Antalyada Regnum Caryada verib.
Hafta.az-ın yazdığına görə, “Regnum Live in Concert” çərçivəsində səhnəyə çıxan sənətçi konsertdə böyük maraqla qarşılanıb.
Mahnılarını audio və vizual təqdimatları ilə birlikdə ifa edən Aqilera konsertinə hit olan “Stripped” və “Dirrty” mahnıları ilə başlayıb və sənətçini səhnədə 8 rəqqasə və 3 vokal müşayiət edib.
Səhnədə "Genie in a bottle" və "What a girl wants" mahnılarını da ifa edən Kristina Aqilera, "Bir müddət karyeramda məni dəstəkləyən və izləyən hamınızla nəhayət göz-gözə görüşməkdən çox xoşbəxtəm" deyib.
"Mən səni sevirəm", “Döyüşçü” və “Eşq olsun” mahnıları ilə sevilən Aqileranı konsertə görməyə gələnlər arasında sənət aləmindən bir çox isim də olub.