Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib - SƏRƏNCAM

16:15 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Hafta.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

***

Akademik Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

R. Mehdiyev Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.