Rejissor “Gladiator 2”nin 23 illik gecikməsinin səbəbini açıqladı

10:17 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2000-ci ildə çəkilmiş "Qladiator" filmi kassada böyük uğur qazanıb və təbii ki, tənqidçilər tərəfindən birmənalı şəkildə təriflənib.

Hafta.az-ın yazdığına görə, film Tom Kruzun “Mümkün olmayan Missiya II” adlı döyüş filmindən sonra ilin ikinci ən çox gəlir gətirən istehsalı olub.

Həbsdəki qladiator Maksimus roluna görə Rassel Krouya “Ən yaxşı aktyor” Oskarını qazandıran "Qladiator" filmi 73-cü Akademiya Mükafatlarında da ən yaxşı film seçilib.

“Total Film” jurnalına müsahibəsində rejissor Skott ilk “Qladiator” və onun davamı arasındakı 23 illik fasiləyə aydınlıq gətirib. O deyb ki, “Qladiator 2” filmində diqqəti Lucillanın oğlu Lusiusa yönəltmək fikri ortaya çıxana qədər yaxşı ssenari olmayıb.

“Niyə indi? Çünki əvvəllər onun ssenarisi yox idi. Əslində biz bunu 4 il əvvəl sınamışdıq və mən çox yaxşı yazıçı seçmişdim, amma o, çatdıra bilmədi”, - deyib rejissor.

“Qladiator” filminin davamının ssenarisini yazmaq üçün ssenari müəllifinə 10 ay vaxt lazım olduğunu bildirən 85 yaşlı rejissor əlavə edib: "Sonra ora-bura getdik və çox aydın fikirlə qayıtdıq. Niyə də olmasın? Sağ qalanlar var. Onlar Lucilla və Maximusun doğulan uşaqdır".

“Qladiator 2”nin süjeti ilə bağlı təfərrüatlar hələ dəqiq olmasa da, Skott filmin Lusiusun böyüklər kimi səyahətinə diqqət yetirəcəyini və ilk filmdəki hadisələrdən illər sonra baş verəcəyini təsdiqləyib.

“Qladiator”un sonunda Maximus Lucilla və Luciusu xilas etmək üçün Kommodla döyüşdə ölür. Spenser Trit Klark "Qladiator"da Lucius obrazını canlandırsa da, "Qladiator 2" filmində Pol Meskal obrazını oynayacaq.

Denzel Vaşinqton, Pedro Paskal, Cozef Quinn, Fred Heçinger, Piter Mensah və Mett Lukas kimi adlar da davam filmində rol alacaqlar.

68 yaşlı Vaşinqton 2007-ci ildəki Amerika Qanqsterindən sonra ilk dəfə Skottla yenidən işləyəcək.