Britaniyada şəxsi kolleksiyada Rembrandtın naməlum və "son dərəcə nadir" qoşa portreti aşkar edilib.
Hafta.az-ın “The Washington Post”a istinadən yazdığına görə, holland rəssamın çəkdiyi bu səmimi şəkillərin hərracda 5 - 8 milyon dollara satılacağı gözlənilir.
İmzalanmış və 1635-ci ilə aid rəsmlər Rembrandtın iştirakı ilə nikah bağlayan yaşlı ər və arvadındır.
Rəsmlərdə Hollandiyanın Leyden şəhərinin aparıcı ailələrindən olan varlı santexnik Jan Villemsz van der Pluym və onun həyat yoldaşı Yaapgen Karels təsvir edilib.
Cütlüyün oğlu Dominikus van der Pluym Rembrandtın əmisi qızı Korneliya van Suytbroeklə evli idi. Cütlüyün Rembrandtla birlikdə oxuduğu güman edilən və sənətçinin sağ qalan yeganə varisi Titusun vəsiyyətinə əsasən Karel van der Pluym adlı övladı da var idi.
Satışı həyata keçirən Christies Auksion Evinin mütəxəssisləri mətbuata açıqlama verərək, "Ailə şəkilləri bəyənilib, lakin heç vaxt Rembrandta aid olduğuna inanmadılar və bu məsələni heç araşdırmadılar da. Beləcə onlar bu kolleksiyada səssizcə dayanıb diqqətdən yayındılar” deyib.
Rembrandt van Rijn tərəfindən 1635-ci ildə imzalanmış və tarix qoyulmuş oval formalı yağlı portretlərin hündürlüyü təxminən 20 santimetr, eni isə 16,5 santimetrdir. Bu o deməkdir ki, rəsmlər Rembrandtın məlum olan ən kiçik portretlərindən biridir.
Portretlər iyunda Nyu-York və Amsterdamda nümayiş etdirildikdən sonra auksion üçün Londona qayıdacaq.