Rişi Kapur vəfat edib

11:36 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur Hindistan aktyoru, Rac Kapurun oğlu Rişi Kapur vəfat edib.

Bollivud ulduzu 68 yaşında xərçəngdən dünyasını dəyişib.

O, Mumbay şəhərində xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Rişi Kapur “Mənim adım Kloundur”, “Bobbi” kimi filmlərdəki rolları ilə məşhurluq qazanıb.

1973-cü ildə “Bobbi” filminə görə Hindistanda ilin aktyoru adını qazanıb.

Oxunma sayı 399