Vəfatından 9 il sonra Robin Uilyamsın ölümü Hollivuddan sevgi axınına səbəb olub. Sevimli aktyor və komediyaçının son günləri 2014-cü ildə intihar edərək ölməzdən əvvəl mübarizə apardığı neyrodegenerativ xəstəliyi araşdıran "Robinin arzusu" sənədli filmində işıqlandırılır.
Hafta.az-ın yazdığına görə, 2020-ci ildə yayımlanan sənədli film, Uilyamsın ölümündən bir neçə ay əvvəl “Muzeydə gecə” filminin davamını çəkərkən halının pisləşdiyini ortaya qoyub.
Susan Şneyder Uilyams, səhvən Parkinson diaqnozu qoyulan ərinin ölməzdən əvvəl sağlamlıq problemlərinə cavab tapmaqda çətinlik çəkdiyini söyləyib.
Buna baxmayaraq, film üzərində işləməyə davam edən Uilyams xəstəliyinin ən qızğın vaxtında Ben Stiller, Rebel Uilson və Den Stivenslə birlikdə rejissor Şon Levinin çəkdiyi “Muzeydə gecə: Türbənin sirri” filmini çəkib.
Uilyams sağalmaz beyin xəstəliyi olan Lewy cisimləri ilə demansdan əziyyət çəkirmiş.
Dave Itzkoff tərəfindən yazılmış Uilyamsın 2018-ci il tərcümeyi-halı, onun “Muzeydə gecə”nin üçüncü və son filmini çəkdiyi zaman pisləşdiyi hekayəsini dəstəkləyir.
Uilyamsın filmdəki vizajisti Çeri Minns də 2018-ci ildə “The New York Post”a açıqlamasında aktyorun hər gününü "qucağında hönkürərək" bitirdiyini söyləyib.
Yeni sənədli filmdə aktyorun dul arvadı rejissor Tayler Norvuda deyib: “Həyat yoldaşım bilmədiyi ölümcül xəstəliklə mübarizə aparırdı. Beyninin demək olar ki, hər bir hissəsi hücuma məruz qalmışdı”.
Uilyams “Böyük dayə”, “Günaydın Vyetnam” və “Disneyin Ələddini” kimi klassik filmlərdə rol almışdı. Uilyams “Good Will Hunting” filmində psixoloq roluna görə “Oskar” qazanıb.