Röyanın konserti yenə təxirə düşdü

20:26 26.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Röya Ayxan “Nazlı” adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.

Hafta.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda keçiriləcək.

Daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1,2,3 və 4 oktyabra planlaşdırılır.

Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi.

Oxunma sayı 437