Ruhəngiz Qasımova vəfat edib

20:14 09.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.

O, 82 yaşında dünyasını dəyişib.

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. 

Allah rəhmət etsin!