Rusiya kinoteatrları tənəzzüldə: “Hollivud” yoxdursa, tamaşaçı da yoxdur

09:50 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xarici film distribütorlarının bazardan çıxarılması Rusiya kinoteatr şəbəkələrinə ziyan vurub.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, 2022-ci ildə salonların dövriyyəsi əvvəlki illə müqayisədə iki dəfə azalıb.

Ölkənin ən böyük kinoteatr tərəfdaşlığı olan “Formula Kino” və “Cinema Park”ın 2022-ci il dövriyyəsi 43,2 faiz azalaraq 4,6 milyard rubla (58 milyon dollar) düşüb.

“Cinema Park” 2022-ci ilin sonunda 1,8 milyard rubl xalis zərər açıqlayıb. Tərəfdaşlığa bağlı olan digər salonlar şəbəkəsi PSM-in dövriyyəsi 47,3 faiz azalaraq 1,1 milyard rubl təşkil edib. Digər aparıcı salonlar şəbəkəsi olan KARO-nun dövriyyəsi də 41,8 faiz azalaraq 2,2 milyard rubla enib. “Kinomaks” və “Cinema Star” kimi digər şəbəkələrin dövriyyəsi də oxşar sürətlə azalıb.

Rusiyada 2021-ci ildə kinoteatrların gəlirinin 75 faizi xarici filmlərdən əldə edilib. Ancaq müstəsna misallarla yanaşı, Rusiya filmlərinə gedən tamaşaçıların sayında da azalma müşahidə olunduğu bildirilir.

Rusiyanın bir çox digər sənaye sahələri kimi kinoteatr operatorları da dövlətdən dəstək gözləyirlər.