Yazını böyüt
Yazını kiçilt
1920-ci ildə yazılmış Yevgeni Zamyatinin distopiya romanı əsasında çəkilmiş “Biz” filminin Rusiyada premyerası ləğv edilib.
Hafta.az xəbər verir ki, premyera dekabrın 1-də baş tutmalı idi, filmin yeni buraxılış tarixi hələ müəyyən edilməyib.
Şirkətdə premyeranın təxirə salınmasının səbəbləri və təfərrüatları ilə bağlı suallar filmin prodüserləri Sarek və Georq Andreasyanlara ünvanlanıb.
Prodüserlər hələlik bu barədə jurnalistlərə açıqlama verməyiblər.
Qeyd olunur ki, film keçən il yayımlanmalı idi, lakin koronavirus məhdudiyyətləri səbəbindən yayımı təxirə salınmışdı. Əvvəlcə premyera bu il sentyabrın 8-nə planlaşdırılıb, sonra dekabr ayına keçirilib.
Rejissoru isə Hamlet Dulyandır.