Rusiyada “Maslenitsa” həftəsi keçirilir

09:25 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il Rusiya “Maslenitsa” bayramını 11-17 mart tarixləri arasında qeyd edir. Bayramın simvolu olan “blinçik” (krep) hər yerdə bişirilməyə başladı. Ölkədə bahar bayramına uyğun gələn “Maslenitsa” adətən hər 3 nəfərdən 2-si tərəfindən qeyd olunur. Sorğulara görə, müsəlman əhalinin beşdə biri də bayramlarda iştirak edir.

Hafta.az-ın “Moskva Daily News” portalına istinadən yazdığına görə, bu il Moskvada “Maslenitsa” həftəsində ziyarət ediləcək yerlər və tədbirlər sadalanıb.

Şəhərin məşhur park-muzeylərindən biri olan Kolomenskoye “Maslenitsa”da müxtəlif tədbirlər keçiriləcək.

Tsaritsınoda “Maslenitsa” proqramı martın 17-də saat 11:00-da başlayır.

Qorki adına Leninski Muzey Parkında tədbirlərə martın 16-da start verilir.

Rusiyada “Maslenitsa” zamanı evdə blinçik adlanan pancak bişirilir və qonşulara paylanır. Ənənələrə önəm verən ailələr toy mərasimlərini adətən “Maslenitsa” zamanı keçirirlər. “Maslenitsa”nın ən böyük tədbiri isə bazar gününə düşən son gün keçirilir.

Həftə “Maslentisa” simvolunun yandırılması, hamama getmək və ölülərin xatirəsinin yad edilməsi ilə başa çatır.