Bu il 35-ci dəfə qeyd olunan “Sabontay” festivalı Rusiyanın paytaxtı Moskvada keçirilib.
Hafta.az-ın yazdığına görə, tarixi Volqa-Bolqar dövrünə qədər uzanan Volqanın köhnə türk-tatar, İdel-Ural, Başqırd və Qazax bayramı olan “Sabantoy” qədim zamanlardan bəri əkinçilik bayramı kimi qeyd olunur.
Moskvanın “Kolomenskoye Muzey”- Park ərazisində keçirilən festivala minlərlə insan qatılıb.
“Sabotay” əvvəllər kənd yerlərində fermerlərin bayramı kimi qeyd olunurdusa, sonralar milli bayrama çevrilib və hazırda şəhərlərdə geniş şəkildə qeyd edilir.

Yaz tarla işlərinin başa çatması ilə üst-üstə düşən bayram tədbirləri Rusiyada yaşayan Başqırdıstan və Tatarıstan xalqlarının milli bayramı kimi qeyd olunur və müxtəlif yerli oyunlar keçirilir, yeməklər bişirilir, at yarışları keçirilir, güləş yarışları təşkil olunur və sair.
Bu festivalda ilin ən yaxşı və məhsuldar fermerlərinə isə hədiyyələr verilir.
Volqaboyu ərazidə yaşayan digər türk xalqları da bu bayramı qeyd edirlər. Başqırdılar bu bayramı “Habantuy”, çuvaşlar isə “Akatuy” adlandırırlar.
“Sabantoy”un mənşəyi çox qədimdir və mövsümdən əvvəl, fermerlərin tarlalarını əkdiyi vaxt qeyd olunur. “Sabantoy” bayramının tarixi İslamdan əvvəlki dövrə gedib çıxır.
“Sabantoy”un varlığı 921-ci ildə İbn Fədlan tərəfindən fərqinə varmış və ilk dəfə yazılı mənbələrə həmin illərdə köçürülüb. “Sabantoy”un ənənəvi nəğmələri və digər adət-ənənələri, yəqin ki, o dövrdə dini məna daşıyırmış. Sonralar tatarlar və başqırdlar arasında İslamın, çuvaşlar arasında isə xristianlığın yayılması ilə dini kimliyini itirərək folklor bayramına çevrilib.
XX əsrin əvvəllərində “Sabantoy” rəsmən tatarların milli bayramı kimi tanındı. Bununla belə, “Sabantoy”u məhsuldan sonrakı dövrə keçirdilər və beləliklə, onu köhnə yay Festivalı “Cıyın”la birləşdirdilər.
Rusiyanın müxtəlif şəhər və regionlarında qeyd olunan festival 35 ildir ki, Moskvada mütəmadi olaraq keçirilir.