Yazını böyüt
Yazını kiçilt
Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini təqdim edib.
Hafta.az-ın yazdığına görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.
“Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya, müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir. Həmçinin daha Rusiyanın dörd kanalının Avropada yayımının dayandırılması da siyahıya daxildir”, - deyə U.Lyayen bildirib.