“Russian Field” adlı qurum son araşdırmasında iştirakçılardan Rusiyanın hansı ölkə ilə dostluq etməsinin lazım olduğunu soruşub.
Hafta.az-ın yazdığına görə, respondentlərin 54 faizi bəyan edib ki, 2024-cü ildə seçiləcək prezidentin mütləq Çinlə dostluğu inkişaf etdirməsi lazımdır.
34 faiz respondentin fikrincə, Rusiya Afrika ölkələri ilə dost olmalıdır. Mövcud konyukturanın əksinə olaraq Rusiyanın Avropa Birliyi ilə yaxşı əlaqələr qurması lazım olduğunu düşünənlərin nisbəti yüzdə 25 olub.
Ondan sonra 30 faizlə Mərkəzi Asiya, 24 faizlə Latın Amerikası, 23 faizlə Ukrayna və 19 faizlə ABŞ gəlir. Rusların dostluq etməli olduğu ölkələr və ya coğrafiyalar arasında Hindistan 5 faizlə səkkizinci yerdədir.
Türkiyənin adı ümumiyyətlə siyahıda yer almayıb.
Analitiklər qeyd ediblər ki, yaşı 45-dən aşağı olan iştirakçılar Avropa İttifaqı və ABŞ-la dostluq əlaqələri qurmağa daha həvəslidirlər. Yaşlı qrupda iştirak edənlər arasında Çin və Afrika ölkələri ilə dostluğun qurulması lazım olduğunu bəyan edənlərin nisbətinin artdığı görünür.
Rusiyanın Ukrayna ilə dost olması lazım olduğunu düşünənlərin nisbəti yalnız qadınlar arasında artır.