Sabiq icra başçısının 40 villa alan oğlundan açıqlama - FOTO

18:38 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.

Hafta.az demokrat.az-a istinadən xəbər verir ki, bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli açıqlamasında bildirib:

“Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.