Hind filmi həm Akademiya Mükafatlarında, həm də dünya miqyasında kassada uğur qazandıqdan sonra Bollivud Şimali Amerika bazarında yüksəlişini davam etdirir.
Hafta.az-ın “Deadline”yə istinadən yazdığına görə, Şahruh Xanın yeni filmi “Jawan” bütün dünyada Bollivud üçün böyük blokbasterdir.
Hindistanlı ulduzun həm kapitan Vikram Rathor, həm də oğlu Azad obrazını canlandırdığı Bollivud filmi korrupsiya ilə mübarizə aparan və ədalət axtaran bir insanın emosional hekayəsindən bəhs edir.
Şahruh Xanın bu il ekranlara çıxan digər filmi “Pathaan” da aktyorun kassada böyük uğur qazanmasına kömək edib.
“Jawan”, “Dəhşətin Üzü 2” (The Nun 2) qorxu filmi, Denzel Vaşinqtonun baş rolda oynadığı "Ədalət 3: Son” (Equalizer 3) və “Mənim çılğın toyum 3” (My Big Fat Greek Wedding 3) kimi Hollivud istehsalı ilə kassada rəqabət aparır.
“Deadline” məlumat verib ki, üç günlük həftə sonu “The Nun 2” filmi 32,6 milyon dollar, “Equalizer 3” 12,1 milyon dollar, “My Royal Wedding 3” isə 10 milyon dollar qazanıb.
Bollivud filmi isə 7,5 milyon dollar gəlirlə bu üç filmdən sonra 4-cü yeri tutmağı bacarıb. Bununla belə, “Jawan”ın rəqibləri 3 mindən çox kinoteatrda nümayiş olunub, Bollivud filmi isə ABŞ-da cəmi 813 kinoteatrda nümayiş etdirilib.
Film həm də dünya üzrə 42 milyon dollar qazanaraq onu Bollivud filmi üçün ən yaxşı açılış həftəsonu edib. Əvvəlki blokbaster 36 milyon dollarla “Pathaan” idi.
“Jawan”ın Şimali Amerikada biletləri ən çox Nyu-York, Toronto, Dallas, Çikaqo, Sietl, San-Fransisko, Vaşinqton və Ostində satılıb. Tənqidçilər satışların artmasının Bollivud filmlərinin gələcəyi üçün əla əlamət olduğunu deyirlər.
Aksiyon janrında çəkilən “Jawan”, illər əvvəl verdiyi sözə sadiq qalaraq intiqam hissi ilə cəmiyyətdəki yanlışları düzəltməyə çalışan bir insanın hekayəsindən bəhs edir. Digər tərəfdən, hind kinosevərlər Bollivud ikonu Şahruh Xanın yeni filmi “Jawan”ın nümayişini öz ölkələrində atəşfəşanlıqla və küçələrdə rəqs edərək qeyd ediblər.