Sankt-Peterburq-Bakı reysi ləğv edildi

11:04 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Nordavia" aviaşirkətinin bugünkü Sankt-Peterburq-Bakı reysi ləğv edilib.

Hafta.az xəbər verir ki, bu barədə "Yandeks. Cədvəl" xidmətinin məlumatında deyilir.

"5N 705" reysinin təyyarəsi saat 11:00-da Pulkovo hava limanından qalxmalı və saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.

Reysin ləğv edilməsinin səbəbi məlum deyil.