Britaniyalı rejissor Sem Mendes əfsanəvi “Bitlz” qrupu haqqında dörd bədii film çəkmək niyyətində olduğunu açıqlayıb.
Hafta.az-ın BBC-yə istinadən yazdığına görə, onların hər birində rok qrupunun tarixi musiqiçilərdən birinin - Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starrın nöqteyi-nəzərindən danışılacaq.
MakKartnei və Starr, eləcə də Lennon və Harrison ailələri Mendesə “Bitlz”ın musiqi və bioqrafik təfərrüatlarından istifadə etmək hüququ veriblər.
"Tarixin ən böyük rok qrupunun hekayəsini danışmaq mənim üçün böyük şərəf olacaq" deyib rejissor. O əlavə edib ki, “Bitlz” haqqında layihəsi “kinoya getməyin nə olduğunu yenidən müəyyənləşdirməlidir.
Dörd filmin hamısı 2027-ci ildə kinoteatrlarda nümayiş etdirilməlidir. Onların eyni vaxtda və ya bir-birinin ardınca buraxılacağı bəlli deyil, lakin filmləri istehsal edəcək “Sony”, nəhayət, onların kinoteatrlarda nümayişi üçün bir növ “innovativ sxem” ortaya qoyacağını vəd edir.
Keçmişdə “Fab Four” və onların ayrı-ayrı üzvlərinin həyatından bəhs edən çoxlu filmlər çəkilib. Bununla belə, “Bitlz” və onların şirkəti Apple Corps heç vaxt bədii film istehsalı üçün Con, Pol, Corc və Rinqonun musiqi və həyat hekayələrinə tam hüquq verməyib.
Sem Mendes Britaniyanın ən məşhur rejissorlarındandır. Əsərlərinə “1917”, “Amerika gözəli”, “İnqilab yolu”, “İşıq İmperiyası” kimi filmlər daxildir. O, həmçinin iki Ceyms Bond filminə - “Skyfall” və “Spectre”yə rejissorluq edib.