Səudiyyə Ərəbistanı Bakıda “Zənginləşdirmə” adlı sərgi açacaq

09:43 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıdakı Heydər Əliyev Mərkəzində Səudiyyə Ərəbistanı tərəfindən sərgi təşkil olunacaq.

Hafta.az-ın yazdığına görə, artıq bununla bağlı əsas razılıq əldə olunub, texniki məsələlərin həlli istiqamətində isə danışıqlar davam edir.

Məlumata əsasən, “Zənginləşdirmə” adlı sərgi Səudiyyə Krallığının neft şirkəti ARAMCO-nun himayədarlığı ilə təşkil olunacaq.

Qeyd edək ki, yaxın aylarda Səudiyyə Ərəbistanında da Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur və hazırda bu istiqamətdə danışıqlar gedir.

Oxunma sayı 255