Səudiyyə Ərəbistanı ərəb dilinin estetikasını qeyd edir

09:26 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi Beynəlxalq Ərəb Gününə təsadüf edən 17-19 dekabr tarixləri arasında yerli cəmiyyətin müxtəlif təbəqələrini, dünyanın fərqli ölkələrindən gələn turistləri, ümumiyyətlə, maraqlanan hər kəsi hədəf alan “Şeir və İncəsənət Dili” tədbiri ilə ərəb dilinin estetikasını qeyd edir.

Hafta.az-ın yazdığına görə, tədbir üç əsas bölmədən ibarətdir: “Sənətkarlıq və şeirlər”, “İncəsənət və sənətkarlıq” və “Həyət”.

Bu sahələrin hər biri vasitəsilə qədim irslə zəngin ərəb mədəniyyətinə işıq salan, şeir və mahnılar vasitəsilə dillə bağlı anlayışı və qürur hissini təbliğ edən, sənət vasitəsilə dilin əhəmiyyətini vurğulayan müxtəlif və zəngin mədəni fəaliyyətlər təklif olunacaq.

Tədbirin məqsədi bu beynəlxalq günü qeyd etməklə, ərəb dili ilə qürurlanaraq və müxtəlif sənətləri vurğulamaqla Səudiyyə Ərəbistanının mədəni irsinin bütün aspektlərinin yayılmasında nazirliyin rolunu gücləndirməkdir. Nazirlik bu tədbirlə ərəb dilini qorumaq, gözəlliyini göstərmək, mədəni-tarixi dərinliyini işıqlandırmaq, bu günün yaradıcı və zəngin hadisə ilə aktivləşdirilməsində müasir formada iştirak etməyi əhatə edən 2030-cu il hədəflərindən biri kimi qarşısına məqsəd qoyub.

Hər il dekabrın 18-də keçirilən Ərəb Dili Günü müxtəlif mədəniyyətlər arasında dialoq və ünsiyyəti, eləcə də qlobal cəmiyyətdə dil və mədəni plüralizm dəyərlərini təşviq etmək məqsədilə qeyd olunur.

Oxunma sayı 178