Səudiyyə və Bolqarıstam mətbuatları arasında Memorandum imzalanıb

15:10 21.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ər-Riyadda keçirilən iki günlük "Saudi Media Forum 2"nin ikinci günü Səudiyyə Mətbuat Agentliyinin (SPA) prezidenti doktor Fəhd bin Həsən əl-Əqran və Bolqarıstan Xəbər Agentliyinin baş direktoru Kiril Valçev iki xəbər agentliyi arasında Anlaşma Memorandumu imzalayıblar.

Hafta.az-ın yazdığına görə, memorandum iki agentlik arasında xəbər mübadiləsi sahəsində əməkdaşlığı inkişaf etdirmək və ölkələr arasında media fəaliyyətini artırmaq məqsədi daşıyır.

Doktor əl-Əqran vurğulayıb ki, Səudiyyə Mətbuat Agentliyi həmişə xəbər sənayesində liderliyə nail olmaq istiqamətində media baxışına əsaslanaraq, informasiya və xidmət mübadiləsi, eləcə də qlobal hadisələri birinci əldən ötürmək üçün müxtəlif beynəlxalq xəbər agentlikləri ilə yeni tərəfdaşlıqlar qurmağa çalışır.

Öz növbəsində, Valçev Səudiyyə Ərəbistanı Krallığı ilə Bolqarıstan arasında çox geniş əlaqələrin mövcud olduğunu, bunun iki ölkə haqqında məlumat və xəbər mübadiləsinə töhfə verəcəyi gözlənilən bu Memorandumda müsbət əksini tapacağını bildirib.