Silvestr Stallone gələcək “Rembo” filmində Con Rembo rolunu təkrar canlandırıb-canlandırmayacağını soruşduqda aydın cavab verib.
Hafta.az-ın yazdığına görə, Stallone ilk dəfə 1982-ci ildə David Morrellin 1972-ci ildə yazdığı romanından uyğunlaşdırılmış "Rembo: İlk qan" adlı döyüş filmində Vyetnam veteranı sərsəri Con Rembo rolunu oynayıb. Stallone bu rolu illər ərzində daha 4 dəfə canlandırıb. İtalyan əsilli amerikalı aktyor bu obrazı sonuncu dəfə 2019-cu ildə “Rembo: Son qan” filmində oynayıb. Filmdə bəladan uzaq durmağa çalışan Rembo övladlığa götürdüyü qardaşı oğlunu xilas etmək üçün Meksikaya gedirdi.
Stallone Toronto Beynəlxalq Film Festivalında çəkəcəyi “Sly” sənədli filminin təqdimatı zamanı sualları cavablandırıb. İkonik hərəkət ulduzu “Rembo” personajından uzaqlaşmağa hazır olduğunu da açıqlayıb.
Stallone ilk dəfə deyil ki, Con Rembo rolunu bitirdiyini deyir. Aktyor oxşar açıqlamaları “Rambo: Son qan” filmində çəkiliş başlamazdan əvvəl etmişdi.
Stallone, nəhayət, personajı təsvir etməyi dayandırmağa hazır görünsə də, Vyetnam müharibəsi zamanı çəkilmiş “Rembo preguel” (orijinal istehsalda baş verən hadisələrin tarixindən bəhs edən film və ya serial) üçün planlarının olduğunu açıq şəkildə bildirib.
Personajın daha gənc versiyasına diqqət yetirməklə, Stallone layihənin inkişafında yaxından iştirak etməklə bərabər, məşəli problemsiz şəkildə yeni aktyora ötürə bilər.