“Son bir ayda Ermənistan ordusunun hücumu nəticəsində 10 uşaq həlak olub, 32-si yaralanıb” - Ombudsman 

12:00 27.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkir. Artıq bir aydır ki, müzəffər ordumuz əks-hücum əməliyyatı keçirir və bu qısa vaxtda böyük uğurlar qazanıb”.

Hafta.az-ın yazdığına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistanın ölkəmizdəki səfirliyində təşkil edilmiş “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı deyib.

Ombudsmanın sözlərinə görə, Azərbaycan bu müddətdə həm də beynəlxalq hüquqa hörmət edən ölkələri tanıyıb ki, onlardan biri də Pakistandır: “Pakistan dövləti və xalqı ilk gündən bu ədalət mübarizəsində Azərbaycanın yanındadır. Xalqımız dost Pakistan dövlətinin bu əvəzsiz dəstəyini heç vaxt unutmayacaq”.

Ombudsman qeyd edib ki, bu bir ay ərzində Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib: “Əfsuslar olsun ki, dünya birliyi hələ də bu ədalətsizliyə göz yummaqdadır. Ancaq inanırıq ki, ədalət zəfər çalacaq”.