Türkiyədə fəaliyyət göstərən “Spotify” təşkilatı hər zaman olduğu kimi, bu dəfə də çox maraqlı bir məsələni araşdırıb.
Hafta.az-ın yazdığına görə, “Spotify” bu dəfə Türkiyədə son 10 ildə ən çox dinlənilən 10 mahnının adlarını açıqlayıb. Müəyyən dövrlərdə reytinqləri ölçülmüş həmin mahnılara verilmiş balları toplayan təşkilat bildirib ki, onluqda ilk pilləni “Seni Dert Etmeler” mahnısı tutub. İkinci yerdə “Bi Tek Ben Anlarım”, üçüncü yerdə isə “Aşkın olayım” mahnıları qərarlaşıb. Dördüncü və beşinci pillədə müvafiq olaraq “Dinle beni bi” və “Arasan da” mahnıları yer alıb.
Siyahıya əsasən altıncı yeri “Mor ve Ötesi - Bir Derdim Var”, yeddinci yeri “Gitmə”, səkkizinci yeri “Antidepresan”, doqquzuncu yeri “Uzunlar” və nəhayət onuncu yeri “Paparazzi” mahnıları tutub.