Sumqayıt Teatrında maaşların 8 ay gecikməsi yalandır - Nazirlik

12:55 04.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

 

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib:

 

"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".