Süni intellekt vasitəsilə çəkilmiş ilk cizgi filmi Çində yayımlandı

10:43 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlət televiziya və radiolarının daxil olduğu China Media Group (CMG) tərəfindən Şanxay Süni İntellekt Laboratoriyası (SAIL) ilə əməkdaşlıq çərçivəsində istehsal olunan "Qianqiu Shisong" adlı 26 seriyalı cizgi filminin ilk bölümü dünən yayımlanıb.

Hafta.az-ın yazdığına görə, incəsənət dizaynından animasiya və post-produksiya proseslərinə qədər süni intellektlə hazırlanan cizgi filmi serialı bu mənada ölkədə bir ilkdir.

SAIL-in WeChat hesabında edilən açıqlamada, filmin istehsalında CMG-nin vizual və audio arxivinin məzmunu ilə öyrədilmiş "CMG Media GPT" adlı məhsuldar süni intellekt modelindən istifadə edilib.

Klassik Çin poeziyasının məşhur əsərlərinin arxa plan hekayələri ilə izah edildiyi 7 dəqiqəlik 26 seriyadan ibarət cizgi filmində qədim dövrlərə aid səhnələrin və personajların dizayn və animasiyaları dövrün klassik Çin mürəkkəb rəsmlərinə uyğun olaraq yaradılıb.

İstehsalda ABŞ-ın məhsuldar süni intellekt tərtibatçısı OpenAI tərəfindən işə salınan mətndən video istehsal edən Sora-ya bənzər vasitələrdən istifadə olunub.

Qeyd olunub ki, CMG Media GPT xarakter və səhnə dizaynında ucuz və effektiv animasiya prosedurunu təqdim edir.

Oxunma sayı 302