Suraxanı rayonunda seçki prosesi - REPORTAJ

15:03 23.12.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonunda əvvəllər olduğu kimi, bu dəfə də seçkilər yüksək səviyyədə təşkil edilib.

Dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərlə bağlı sözgedən rayonun iki - 31 Suraxanı II və 30 Suraxanı Seçki Dairələri üzrə bir-neçə seçki məntəqəsində seçkilərin gedişatı ilə tanış olduq.

İlk öncə yolumuzu Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən 24  saylı Birləşmiş Şəhər Xəstəxanasında yerləşən 31 saylı Suraxanı II seçki Dairəsi 17 saylı seçki məntəqəsindən saldıq. Məntəqə yüksək səviyyədə təşkil edilmişdir. Bütün məntəqələrə yeni şəxsiyyət vəsiqələrini yoxlayan “Verfon” aparatına kimi verilib. Müşahidəçilər üçün ayrıca yer ayrılıb. Onlar sərbəst şəkildə seçkinin gedişatını izləyirdilər.

Saat 8:00-da 17 saylı seçki məntəqəsinin sədri Südabə Yaqubova seçkinin keçirilməsini açıq elan etdi. Artlq səsverməyə start verildi. Seçicilər sərbəst şəkildə gəlib, şəxsiyyət vəsiqələrini təqdim edib, bülletenlər alıb səsvermə otağına gedərək gizli şəkildə istədikləri namizədə səs verirdilər.  

Gülnar Əliyeva Ana Vətən Partiyasından müşahidəçi qismində iştirak etdiyini bildirdi. Onun sözlərinə, görə biz müşahidəçilər üçün məntəqədə hər cür şərait yaradılıb.

Zöhrab Bayramov Milli Dirçəliş Partiyasından gəldiyini və seçkinin təşkilindən və gedişatından razı qaldığını söylədi. Onun sözlərinə görə, seçki təlimata uyğun keçirilir, hər şey qaydasındadır.

Elmar Ramazanlı Namizəd Mehman Hüseynovun müşahidəçisi olduğunu və seçkinin təşkilindən və gedişatından razı qaldığını söylədi.

Seçici Azad Cəlilov sözügedən məntəqədə ilk dəfə səs verdiyini və seçkinin şəfaf keçirildiyini söylədi.

Sonra 31 saylı Suraxanı II Seçki Dairəsi 19 saylı seçki məntəqəsində olduq.

Sözügedən məntəqə Bakı şəhər 265 saylı Uşaq Bağçasının binasında fəaliyyət göstərir. Məntəqədə fəalıq hiss olunurdu. Hər cür şərait yaradılmışdı. Səhər saatlarında məntəqə sədri Alik Məmmədov 46 nəfərin səs verdiyini və heç bir qanun pozuntusunun olmadığını söylədi. Sədrin sözlərinə görə, 7 müşahidəçi qeydiyyatdan keçib. Əsasən müşahidəçilər YAP, AXCP, Mili Demokrat Partiyası, öz təşəbbüsü ilə gələnlərdir.

Müşahidəçi Minəvvər Məmmədova öz təşəbbüsü ilə gəldiyini və seçkinin gedişatından razı qaldığını dedi.

Seçici Gülnarə Məmədova seçkilərin gedişatından razı qaldığını vurğuladı: ”Seçkilər daha demokratik şəkildə keçirilir. Sərbəst şəkildə gəlib istədiyim namizədlərə səs verdim. Heç kəs bizə mane olmadı. Ən başlıcası oldur ki, şəffaflıq qorunur”.

Yeni Günəşli qəsəbəsində yerləşən Pərviz İsmayılov adına Bakı şəhər 278 saylı məktəbdə  isə 28 və 18 saylı məntəqələr fəaliyyət göstərir. Məntəqələrdə səsvermə üçün hər cür şərait yaradılıb.  Adıçəkilən məntəqəllərdə seçici fəallığı daha yüksək idi.

28 saylı Seçki Məntəqəsinin sədri Gülnaz Allahverdiyeva 15 nəfər müşahidəçinin qeydiyatdan keçdiyini vurğuladı:

”Müşahidəçilər müxtəlif partiyalardan və öz təşəbbüsü ilə gələnlərdir. Baxmayaraq saat 8:52-dir.75 nəfər gəlib səs verib. Hələ səhərdir. Getdikcə seçicilərin sayı artır. Heç bir qanun pozuntisina yol verilməyib. Müşahidəçilər kənardan əyləşib səsvermənin gedişatını izləyirlər”.

Seçkidə  müşahidəçi kimi iştirak edən Əlizadə Orxan öz təşəbbüsü ilə gəldiyini dedi: ”Səsvermə və seçkinin gedişatı bizi qane edir".

Yasəmən Xəlilova Demokratik İslahatlar Pariyasından müşahidəçi kimi iştirak edirdi. Onun sözlərinə görə hər şey əladır, seçkinin gedişatı onları qane edir.

18 saylı seçki məntəqəsində də fəalıq var idi. Seçicilər gəlib cərgə ilə növbəyə durub istədikləri namizədə səs verirdilər.

Hətta bu məntəqədə veb kamera da quraşdırılmışdır. Məntəqə sədri Məlahət Əliyeva səhər saatlarında 75 nəfərin səs verdiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdi.

Cəfərov Elman Aydınlar Partitasından müşahidəçi qismində iştirak etdiyini dedi:

”Məntəqədə  seçki çox gözəl təşkil olunub. Hətta yeni şəxsiyyət vəsiqələrini yoxlayan təzə aparata kimi qoyulub, heç bir şikayətimiz yoxdur”.

Nərminə Bəxdiyarova YAP-dan müşahidəmi kimi təmsil olunduğunu və seçkinin şəffaf keçdiyini söylədi.

Qaraçuxur qəsəbəsinbə Dental Klinikasında yerləşən 1 saylı seçki mənəqəsində də olduq.

Sözügedən məntəqədə seçici fəallığı yüksək deyildi. Məntəqə sədri Məmməd Rzayev 17 nəfər müşahidəçinin qeydiyyatdan keçdiyini dilə gətirdi. Onun sözlərinə görə, saat 9:45-ə qədər 30 nəfər səs verib.

Baxşəli Baxşəliyev Ana Vətən Partiyasından müşahidəçi olduğunu dedi:

”Bir müşahidəçi kimi seçkinin gedişatı məni qane edir, şəffaflığa əməl edilir”.

8 saylı seki məntəqəsi isə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasında fəaliyyət göstərirdi.

Sözügedən məntəqəyə də ara-sıra seçici gəlirdi. Seçici fəallığı o dərəcədə gözə çarpmırdı. Mətəqə sədri Kamal Mirzəyev 13 nəfər müşahidəminin qeydiyyatdan keçdiyini, 65 nəfərin səs verdiyini söylədi.

Turac Balakişiyev bildirdi ki, öz təşəbbüsü ilə gəlib: ”Seçkinin gedişatı hələ ki, qənaətbəxşdir, heç bir saxtakarlığa yol verilməyib”.

30 saylı Suraxanı Seçki Dairəsinin Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən bir neçə məntəqələrində olduq. 

Qulamoğlu adına 285 saylı tam orta məktəbin binasında  sözügedən dairənin 23 və 24 saylı Seçki məntəqələri fəaliyyət göstərirdi.

23 saylı seçki məntəqəsində seçicilərin fəallığı çox yüksək idi. Məntəqə sədri Səfurə  Rəhimova saat 10:15 -ə kimi 100 nəfərdən çox adamın məntəqəyə gəlib səs verdiyini dedi: ”Hələ səhərdir. Günorta radələrində seçicilər daha çox olacaq. Müxtəlif partiyalardan müşahidəçilərimiz var ki, onlar da mədəni şəkildə seçkinin gedişatını izləyirlər”.

Esmira Aslanova öz təşəbüsü ilə gəldiyini və bir müşahidəçi kimi seçkinin gedişatından razı qaldığını söylədi. Digər müşahidəçilər də seçkinin demokratik keçdiyini və şəffaflığa riayət olunduğunu vurğuladılar.

24 saylı məntəqədə fəalıq o dərəcə də yüksək deyildi. Məntəqə sədri Tünzalə Abbasquliyeva 10:20 radələrində 50 nəfərin səs verdiyini söylədi.

Onun sözlərinə görə fəalllıq hiss olunur, müxtəlif partiyalardan və öz təşəbüsü ilə gələn 13 nəfər müşahidəçi prosesi izləyir.

280 saylı Uşaq  Bağçasında isə 22 saylı Seçki Məntəqəsi fəaliyyət gösrərir.

Sözügedən məntəqədə fəallıq var idi.  Saat 9:30-a olan məlumata görə, 70 nəfər seçici səs verib. 6 nəfər müşahidəçi vardı.

Olduğumuz məntəqələrdə səsverməyə gələn seçicilər və müşahidəçilər seçkilərin gedişatından razı qaldıqlarını və şəffaflığa əməl olunduğunu dedilər.

31 saylı Suraxanı II Seçki Dairəsində də olduq .Sözügedən Dairənin sədri İlham Bayramov bildirdi ki, saat 12:00-a olan məlumata görə  7 min 247 nəfər  səs verib, bu da ümumillikdə Dairə üzrə seçicilərin18,14 faizini təşkil edir.

30 saylı Seçki Dairəsinin katibi Oqtay Əliyev bildirdi ki, saat 12-yə olan məlumata görə Dairə üzrə 5 min 418 nəfər səs verib, bu da seçicilər üzrə 14, 5 faiz təşkil edir. Seçki məntəqələrində heç bir qanun pozuntusu aşkarlanmayıb.