Suriyanın Hama əyalətinin meşəlik ərazilərində baş verən yanğından sonra arxeoloji miras ortaya çıxıb.
Hafta.az-ın İndependent Arabia-ya istinadən yazdığına görə, mütəxəssis arxeologiya qrupu yeni tapılan yerin, Bizans dövründən qalma piramida məzar olduğunu bildrib və artıq sənədləşmə işlərini tamamlayıb.
Qədim türbənin çöl hissəsində tovuz quşu, öküz və xaç şəklində yazılar və bəzək əşyaları görünür.
Hama valiliyi Qədim Əsərlər İdarəsinin müdiri Hazım Çərkəz bildirib ki, 6x6 metr ölçüsündə olan piramidal türbənin aşkar edilməsi məqsədilə ərazini araşdırmaq üçün arxeoloqlardan ibarət ekspertlər komissiyası təyin edilib. Çərkəzin məlumatına görə, iri əhəng daşlarından tikilmiş və meşə ağacları arasında yerləşən yeddi metr hündürlüyündə tikilinin içərisində hər tərəfində bir piramidalı dam saxlayan dörd tağ var.
Çərkəz uzun müddət xarabalıqda olan qəbiristanlığın eni 60, hündürlüyü isə 90 santimetr olan qapının olduğunu bildirib.
Türbənin eramızın 2-ci və 4-cü əsrləri arasında Bizans dövrünə aid mühəndislik xüsusiyyətlərinə toxunan Çərkəzin sözlərinə görə, qəbiristanlıq İdlib vilayətinin əl-Bəra adlanan kəndlərində tapılan piramida tipli məzarları xatırladır və Ümumdünya İrs Siyahısına daxil edilmiş unudulmuş şəhərlərdən biridir.
Tədqiqatçılar Suriyanın şimalındakı əl-Bəra bölgəsinə səpələnmiş piramida tipli qəbirləri ən mühüm arxeoloji abidələrdən biri hesab edirlər, çünki onların içində qayaüstü qəbirlər, yazılar, rəsmlər və bəzəklər var. Bu cür türbə yuxarıda piramida olan kvadrat formalı strukturdur.
Mütəxəssislər həmçinin hesab edirlər ki, belə türbə tikmə sistemi bu ərazidə yaşayan qədim xalqları öz əzəmətli sarayları ilə yanaşı məzarlarını da tikməyə vadar edən ölüm və əbədi həyat ideyası ilə bağlıdır.