“Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir” - Spiker 

13:11 08.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.