Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 4187 müraciət daxil olub

12:17 07.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə noyabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.

Mərkəzdən hafta.az-a bildirilib ki, ötən ay ümumilikdə 4187 müraciət daxil olub.

Müraciətlərin 280-i feysbuk, 3482-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 264, sayt üzərindən isə 89 müraciət daxil olub, 72 vətəndaş isə qəbulda iştirak edib.