Teleoperator Rüfət Kərimov vəfat edib 

11:20 16.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Media Mərkəzinin operatoru Rüfət Kərimov vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, R.Kərimov ötən gün dünyasını dəyişib. 45 yaşlı mərhumun ürək xəstəliyindən dünyasını dəyişdiyi qeyd olunur.

R.Kərimov 1978-ci ildə Bakıda anadan olub. Müxtəlif televiziya kanallarında operator kimi çalışıb.

Allah rəhmət eləsin.