“The Boy and the Heron” Çində böyük rəğbət gördü

10:20 09.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yapon anime ustası Hayao Miyazaki hər yerdə olduğu kimi Çində də böyük hörmətə malikdir.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, 83 yaşlı rejissorun karyerasını başa vuran son Oskar filmi “The Boy and the Heron” ölkədə rəsmi bayram sayılan Qingming festivalından faydalanmaq üçün ötən çərşənbə günü Çində nümayiş etdirilib.

Bazar gününə qədər animasiya filmi 73 milyon dollar qazanıb ki, bu da həm Yaponiya, həm də Şimali Amerikada əldə etdiyi gəlirdən çoxdur. “The Boy and the Heron” Yaponiyada 61 milyon dollar, Şimali Amerikada isə 46,6 milyon dollar qazanıb.

Miyazaki son filmindəki "qəribə rola görə" üzr istəyib

II İkinci Dünya Müharibəsi zamanı çəkilən “The Boy and the Heron” anasını itirdikdən sonra kənddə yaşayan atasının yanına köçmək məcburiyyətində qalan yeniyetmə Mahitonun hekayəsindən bəhs edir.

Studio Ghibli filmi Legendary Entertainment və Warner Bros.-un birgə istehsalı olan və 4 günlük həftəsonu ərzində 36 milyon dollar qazanan yırtıcı filmi “Godzilla vs. Kong: The New Empire”ni asanlıqla geridə qoyub.

Kino sahəsində bazar kəşfiyyatı xidmətləri göstərən “Artisan Gatevay”in məlumatlarına görə, “Godzilla vs. Kong: The New Empire” ümumi gəliri 93,5 milyon dollar olub və bu, Hollivud filminin Çində son aylar əldə etdiyi ən böyük gəlirə çevrilib.

Digər tərəfdən, “The Boy and the Heron” filmi Çindəki kinosevərlərin Hollivud istehsalındansa yapon animasiyalarına üstünlük vermə tendensiyasını davam etdirir.

Dreamworks Animation şirkətinin Çində satışının sonuna yaxınlaşan “Kung Fu Panda 4” 42,7 milyon dollar qazanıb. Bu, ABŞ-ın ən son animasiya relizlərindən daha yaxşıdır, lakin 2016-cı ildə qazanılan 154,3 milyon dollarlıq “Kung Fu Panda 3”lə müqayisədə böyük bir azalmadır.

Bu arada, yapon animasiyası durmadan yüksəlir. Keçən il Makoto Şinkayın imzaladığı “Suzume” 114 milyon dollar, itirilmiş qardaşının basketbolçu olmaq arzusunu həyata keçirməyə çalışan gənc Ryota Miyaqinin hekayəsindən bəhs edən “The First Slam Dunk” filmi isə 93 milyon dollar qazanıb.

Oxunma sayı 243