“The Last of Us” yaradıcısından pərəstişkarlarına bəd xəbər

10:05 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“The Last Of Us” filmində əsas sujet Pedro Paskalın canlandırdığı Coel və Bella Remsinin canlandırdığı Ellinin qiyamətdən sonra Amerikaya səyahətindən ibarət olsa da, bu müddət ərzində qarşılaşdıqları obrazlar da tamaşaçılarda böyük təəssürat yaradır.

Hafta.az-ın yazdığına görə, video oyun adaptasiyasının üçüncü bölümü olan “Long, Long Time”də Nik Offerman və Murri Bartletin canlandırdığı Bill və Frankın sevgi hekayəsi pərəstişkarlarını o qədər təsirləndirib ki, duet daha çox epizodla qayıdıb və hətta öz spinofflarına sahib olub.

“The Last of Us”un yaradıcısı Kreyq Mazin spinoff şayiələrinə aydınlıq gətirib.

Partiyadan sonra “Emmy” Mükafatlarında “Deadline”a danışan Mazindən Bill və Frankın “The Last of Us”a qayıtmasının mümkün olub-olmayacağı soruşulub. Mazin bildirib ki, o və ekipaj “bacardıqları işdən çox razıdır, lakin daha ​Bill və Frank epizodları olmayacaq.

Mazin çıxışına “Bill və Frankla çəkdiyimiz epizoddan qürur duyuram” deyərək başlayıb və imkanlara qapını açıq qoyub: “Daha Bill və Frank haqqında heç bir epizod olmayacaq”. Qonaq aktyor ifasına görə “Emmy” mükafatı qazanan Nik Offermanın ifadələrinə toxunan 52 yaşlı Mazin sözlərinə belə davam edib: “Nik prequel (orijinal istehsalda baş verən hadisələrdən əvvəl hekayəni izah edən serial və ya film) haqqında zarafat edirdi. Bu bir növ zarafat idi. Biz əldə etdiklərimizdən çox məmnunuq".

Çox danışılan “The Last of Us” serialının üçüncü bölümündə Bill obrazını canlandıran Offerman, “Bir-birləri ilə tanış olmamışdan əvvəl onların həyatları ilə bağlı mini serial təklif etmişdik” deyib.

2023-cü il “Emmy” Mükafatlarında 23 kateqoriya üzrə nominasiya edilən “The Last of Us” filmi, göbələk infeksiyasının insanların zombiyəbənzər canlılara çevrilməsinə səbəb olduğu post-apokaliptik dünyada baş verir.

Həm tənqidçilərdən, həm də tamaşaçılardan tərif alan serial texniki kateqoriyalarda 8 “Emmy” mükafatı qazanmağı bacarıb.

Serialın ikinci sezonunun çəkilişinə yazda başlanacağı gözlənilir.