Tom Kruzun yeni filminin ilk qısa sujeti yayımlandı

10:30 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

CinemaCon iştirakçıları “Mission: İmpossible – Dead Reckoning Part One” filminin 20 dəqiqəlik xüsusi önizləməsində Tom Kruzun müxtəlif avtomobil və motosikletlərdə Roma ətrafında şütüməsini izləyiblər.

Hafta.az-ın “Variety”yə istinadən yazdığına görə, “Mission İmpossible” franşizasının 7-ci hissəsində Kruz Qreys adlı sirli və "dağıdıcı" yeni personajı canlandıran Heyli Atvellə qüvvələrini birləşdirir. Las-Veqas festivalının iştirakçılarına "Romanın küçə və xiyabanlarında tam sürətlə hərəkət edən" Kruz və Atvellin uzun bir seqmenti göstərilib. Təqib zamanı əlləri qandallı olan ikili motosikletdən polis maşınlarına, oradan da zibilxanada qalacaq köhnə avtomobillərə keçir.

Xəbərə görə, nümayişdən sonra “Paramount” rəhbərləri tamaşaçıların müsbət reaksiyalarını telefonla tədbirə qatılmayan Kruza çatdırıblar.

Film iyulun 14-də kinoteatrlarda nümayiş olunacaq. Bu epizodda geri qayıdan aktyorlar arasında Ving Rhames, Simon Pegg, Rebekka Ferguson, Vanessa Kirbi və Henri Çerni var.

Kruz iki gün öncə Ceyms Kordenin “Late-Late Show” şousunun final bölümündə iştirak edib. Aparıcının dediyinə görə, aksiya ulduzu verilişdə şou göstərməkdə “qərarlı” olub.

Korden cümə axşamı Lorreyn Kelliyə deyib: "Demək istədiyim, bir düşünün, o, çox gülməli adamdır. 8-9 il əvvəl Tom Kruz mənim gözümdə heç insan deyildi. O, bir növ Marvel superqəhrəmanı kimi idi".

Qeyd edək ki, ötən il Kruz və Korden, Kruzun 2022-ci ildə çəkilən “Top Gun: Maverick” filmində həyəcanverici havadan stunt yaradıblar.

Korden Tom Kruzun son şousunun tam təfərrüatlarını açıqlamasa da, ikilinin şouda heyvan personajları Pumba və Taymon kimi maskalanaraq çıxış edəcəyi bildirilir.