Tretyakov Qalereyası Putinə qarşı çıxdı: İkona kilsəyə verilməyəcək

10:16 26.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvadakı Tretyakov Şəkil Qalereyası, XV əsrdə hazırlanan “Troitsa” ikonasını iyunun 4-də qeyd olunacaq “Troitsa” bayramı üçün pravoslav kilsəsinə verməkdən imtina edib. Qalereya ilə əlaqəli ekspertlər izah ediblər ki, ikonanın zədələnməməsi üçün onu muzeydən kənara çıxarmaq imkansızdır.

Hafta.az-ın İnterfaks-a istinadən yazdığına görə, Rus Pravoslav Kilsəsinin incəsənət, memarlıq və bərpa şurasının nümayəndələri muzeyin qərarını anlayışla qəbul etdiklərini bildiriblər.

Xatırladaq ki, Patriarx Kirill bayram üçün bu əsəri iki həftəlik istəsə də, Vladimir Putin məşhur ikonanın mayın 15-də əbədi olaraq kilsəyə köçürülməsini əmr edib.

İncəsənət və muzey ictimaiyyəti 6 əsrlik ikonanın geridönməz ziyana uğraya biləcəyi ilə bağlı narahatlıqlarını bildirib və qərara yenidən baxılmasını istəyib.

Qeyd edək ki, Putin Sankt-Peterburqdakı Ermitaj muzeyində nümayiş etdirilən Aleksandr Nevskinin tabutunun da həmin şəhərdəki Nevski monastırına verilməsi barədə göstəriş verib.

Oxunma sayı 327
Mədəniyyət rubrikasından digər xəbərlər