Almaniyanın Köln şəhərində yaşayan və İstanbul Texniki Universiteti Dövlət Konservatoriyasını bitirən Aynur Kronouer türk mədəniyyətini almanlara tanıtmaq üçün musiqi vasitəsilə özünəməxsus töhfələr verir.
Hafta.az-ın yazdığına görə, 6 il əvvəl qurduğu xorla tarixi Domm kafedral meydanında verdiyi konsertdə alman, ingilis, ərəb, yapon, yunan, rus, ispan və italyan dillərində - 9 dildə türk mahnıları səsləndirib. Kronuer “Türklərin Almaniya üçün bir sərvət” olduğunu vurğulayaraq, Almaniya mədəniyyətinin türk mədəniyyəti ilə zənginləşdiyini bildirib.
Aynur Kronouer, "Məqsədimiz burada varlığımızı göstərməkdir. Ən əhəmiyyətli məqsədimiz ana dilimiz olan türkcəyə vurğu etməkdir" deyib. O bildirib ki, konsert Almaniyada yaşayan türk icmasının mədəni irsini və dilini alman cəmiyyətinə tanıtmaq məqsədi daşıyır.
Konsertdə eşitmə məhdudiyyətlilər üçün türkcə işarət dilində mahnı da səsləndirilməsi tədbirin əhatəliliyini artırıb. Alman iştirakçı "Bu gün ilk dəfə türk musiqisini dinlədim və təsirləndim, dərhal aşiq oldum. Bu tədbir çox gözəldir, fərqli mədəniyyətlər arasında körpüdür" deyib.
Aynur Kronouer və xorunun təqdim etdiyi musiqi ziyafəti almanlar tərəfindən böyük maraqla izlənilib və türk mədəniyyətinin Almaniyada təbliğinə böyük töhfə verib. Belə tədbirlər iki ölkə arasında mədəni əlaqələri möhkəmləndirir, müxtəlif mədəniyyətlər arasında körpülər yaradır.