Yazını böyüt
Yazını kiçilt
Rusiyada onlayn film platformalarında Türkiyə və Koreya filmlərinin sayı ilk dəfə olaraq Hollivud istehsall filmləri üstələdi.
Hafta.az-ın TelecomDaily-a istinadən yazdığına görə, Rusiyada “Kinopoisk”, “Ivi”, Wink, Okko, Kion, Premier və more.tv kimi onlayn kino platformalarında ən çox Türkiyə və Koreya filmləri və serialları yayımlanır.
Qeyd edək ki, bu gün Rusiyada tam əlçatan olan Hollivud istehsalının sayı 200-dən 270-ə qədərdir.
Xatırladaq ki, “Karib dənizinin quldurları”, “Ulduz müharibələri” və “Marvel” kimi məşhur serialların Rusiyada lisenziya hüququ bir müddət əvvəl başa çatıb.