Nazim Hikmətin anadan olmasının 122-ci ildönümü Moskvada xüsusi tədbirlə qeyd olunur. Anma proqramında “Fərhad və Şirin” filmi xüsusi nümayişlə tamaşaçılarla görüşəcək.
Hafta.az-ın yazdığına görə, 1978-ci ildə türk-sovet birgə istehsalı olan "Fərhad və Şirin” – “Bir Aşk Masalı" (Lubov Moya, Peçal Moya) adlı filmdə məşhur aktrisa Türkan Şorayla baş rolda oynayan Alla Siqalova illər sonar Nazım Hikmətin anım mərasimində Moskvaya döndü.
Moskva Nazim Hikmət Mədəniyyət və İncəsənət Fondunun təşkil etdiyi bu xüsusi tədbir Moskva Yunus Əmrə İnstitutu, Rusiya Federasiyası Kinematoqrafçılar Dərnəyi, Moskva Mədəniyyət Nazirliyi və Moskva Şimal Bölgəsi Mədəniyyət İdarəsi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək. Tədbir 3 fevral 2024-cü il tarixində saat 17.00-da Dom Kino Cinema-nın tarixi böyük zalında baş tutacaq.
Proqram çərçivəsində Nazim Hikmətin əsərlərindən uyğunlaşdırılmış türk xalq nağılı “Fərhad və Şirin”in film versiyası xüsusi nümayişlə tamaşaçıların görüşünə gələcək.
Hər il keçirilən Nazim Hikmətin anım mərasimləri rus və türk icmalarını bir araya gətirir və iki ölkə arasında mədəni əlaqələri gücləndirir. Builki tədbir Moskvanın “Dom Kino” kinoteatrında keçiriləcək və pulsuz təqdim olunacaq.