Türkiyə səfiri "Qardaş Köməyi Platforması" kampaniyasına görə təşəkkür edib

17:00 12.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Qardaş Köməyi Platforması" yardım kampaniyasına görə təşşəkürünü bildirib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində bildirib.

"Səfirimiz "Qardaş Köməyi" Platforması və Türkiyə Əsri Birlik və Həmrəylik Platforması nəzdində fəaliyyət göstərən iş adamlarına və QHT-lərə Azərbaycanda Türkiyəyə yardımın təşkili istiqamətində həyata keçirdikləri fəaliyyətlərə görə təşəkkür edib. İclaslarda gələcəkdə görüləcək işlər müzakirə olunub", - deyə qeyd olunub.